Təfərrüatlar açıqlanmır, ümumən məlumdur ki, malların demək olar 90 faizi üçün sadələşdirilmiş gömrük rejimi müəyyən edilib. Rusiya Baş nazirinin müavini Overçukun sözlərinə görə, bu, təkcə Rusiya ixracatçılarına hər il təxminən 27 milyard rubl qənaət etməyə imkan verəcək. O, həmçinin Rusiyanın Gürcüstanla yük daşımaları ilə bağlı razılığa gələ biləcəyinə eyham vurub. Ehtimal olunur ki, söhbət Ermənistandan da keçəcək avtomobil kommunikasiyasından gedir. Amma bu, mahiyyət etibarı ilə keçid və ya hətta müvəqqəti tənzimləmə olar.
Prinsipcə, İran-AİB yükdaşımalarının strateji marşrutu Belarus Prezidentinin bəyanatında göstərilib. Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizinin geosiyasi əhəmiyyəti olacaq və buradan Avrasiya iqtisadi məkanının genişləndirilməsinin nəzərdə tutulduğu başa düşülür. Burada Azərbaycanın hələlik tranzit əhəmiyyəti olacaq. Bəs Belarus Prezidenti İlham Əliyevlə müzakirə olunan yanaşmanı ifadə edib, yoxsa bu ona edilən təklifdir?
Ukraynada qələbədən sonra Moskva bütün postsovet ərazisi üzərində öz təsirini bərpa etmək vəzifəsini gündəmə gətirəcək. Azərbaycanın AİB-ə daxil edilməsi və ya AİB-Azərbaycan assosiasiyasına layihəsi varmı? İlham Əliyev dekabrın 6-da proqram çıxışında bildirib ki, o, Avropa İttifaqına daxil olmağa can atmır. Amma bu, faktdır ki, Bakı Şərqi Avropada aktiv fəaliyyət göstərir, eyni zamanda proqramları Rusiya ilə əlaqələndirir.
Qərb açıq şəkildə Azərbaycana alternativlər təklif edir. Bakı Aİ-Mərkəzi Asiya logistika mərkəzi olmaq potensialına malikdir. Məhz bu imkan Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizində tranzit əhəmiyyəti ilə birləşdiriləcək. Lakin elə bir vəziyyət yaranıb ki, regionda sülh müqaviləsinin imzalanmaması həm AİB lideri Rusiya, həm də Avropa İttifaqı və onun “arxasında dayanan” ABŞ üçün maneələr yaradır.
Asif Cəfərov
Ordu.az